Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QARABAĞ ÖZ XİLASKARINI GÖZLƏYİR (İxtisarla)

0

  •            Həsrətiylə yaşayıb, hər gəcə yuxularımızda gördüyümüz, bir an belə xəyalımızdan çıxmayan, şirin xatirələri ilə yaşadığımız Kosalar kəndinin işğalından 23 il ötür. Bu gün düşmən tapdağında inləyən, həsrətdən çiçəkləri solmuş, bulaqları qurumuş Kosalar kəndi öz xilaskarını gözləyir.


              Qədim Qarabağ mahalının Qırxqız dağ silsiləsinin ətəyində qədim yaşayış məskənlərindən biri olan Kosalar kəndi dağlar qoynunda cənnəti xatırladırdı. Geniş əraziyə malik olan bu kənd Şuşa, Laçın və Xankəndi inzibati əraziləriylə həmsərhəd idi. Buz bulaqları, geniş yaylaqlı, füsunkar təbiəti, qışı qarlı, baharı güllü-çiçəkli, yayı qonaq-qaralı, payızı bol məhsullu, şərəfli tarixi keçmişə malik olan bu kəndin təməl tarixinin XVI əsrə təsadüf etməsini sübut edən tarixi faktlar, mədəniyyət abidələrimiz vardır. Dəniz səviyyəsindən 1350 metr yüksəklikdə olan bu yaşayış məskənimiz bir sovetlikdə 6 kəndi (Başkənd, Yaloba, Kosalar, Cavadlar, Canhəsən, Qaragav) özündə birləşdirirdi. Kənd əhalisi ta qədimdən təsərrüfat, maldarlıq, arıçılıq və xırda sənətkarlıqla məşğul olaraq kəndin inkişafı üçün durmadan çalışırdılar. Hələ ötən əsrin əvvəlindən, yəni 1904-1905, 1914-1915 -ci və l918-ci illərdə Qarabağın bütün bölgələrində olduğu kimi bu kəndə də bədnam ermənilər dəfələrlə hücum etmişdilər. Çar Rusiyası tərəfindən XVIII əsrdə Qarabağda müvəqqəti məskunlaşdırılmış nankor ermənilərin belə hücumlarının qarşısını (XX əsrin əvvəllərində) Kosaların əfsanəvi qəhrəmanları Qaçaq Mahmud, AvdıI Hüseyin, Ağəli, Rza, Pənah, Məmmədbağır, Mirzalı, Qasım, Həbib, Tağı, Məşədi Cavad kimi igid oğullarımız layigincə alıblar. Onların hər birinin göstərdiyi şücaətlər haqqında böyük bir dastan yazmaq mümkündür.
             Elə ona görə də həmişə onların hər biri əfsanəvi qəhrəman kimi yadda qalır. Bu qəhrəmanların qanları bahasına qoruyub saxladıqları və biz nəsillərə miras qoyduları Kosalar kəndini qoruyub saxlaya bilmədik. Çox heyif! Bütün Qarabağ və işğal olunmuş ətraf rayonlar kimi Kosalar kəndi də xəyanət nəticəsində alovlandı. Bu xəyanət o dövrdə respublika hakimiyyətinin xalqa qarşı xəyanəti idi.          1992-ci il may ayının 9- da işğal olunmuş Kosalar kəndinin statiskasında 383 ailə təsərrüfatı,1380 nəfər əhalisi var idi.
             Cənab Prezdentimiz İlham Əliyevin sərəncamı ilə məcburi köçkün və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün salınan yeni tipli qəsəbələrdən biri də Gəncə şəhəri ətrafında inşa edilmişdir.15 dekabr 2014 -cü il tarixində 600 ailə üçün salınmış qəsəbədə Kosalar kənd əhalisi məskunlaşdırılaraq fərdi evlərlə təmin edilmişdilər. Hal-hazırda yeni qəsəbədə Kosalar kəndinin 3 tam orta məktəbi, həkim ambulatoriyası, mədəniyyət evi, kitabxana və klubları, tarix-diyarşünaslıq muzeyi və icra nümayəndəliyi tam şəraitlə təmin edilmiş inzibati binalarda fəaliyyət göstərir.
              Sabahını Qarabağsız, Kosalarsız təsəvvür edə bilməyən əhali bütün çətinliklərə sinə gərərək vətən torpağına qayıtmaq ümid ilə yaşayır. Əminik ki, bu arzular gerçəkləşəcək, xarabaya dönmüş vətən torpağında yenidən quruculuq işləri davam etdiriləcək. Şübhəsiz ki, bu xalqın qeyrətli oğullarının qırılmaz əzmkarlığı nəticəsində üçrəngli bayrağımız Şuşada dalğalanacaq. 20l4-cü ilin statistikasına görə 518 ailə təsərrüfatı, l874 nəfər əhalisi olan, hər bir döyüşçüsü Milli Qəhrəman adına layiq, bu gün öz problemlərini qismən də olsa özü həll etmək qüdrətinə malik olan Kosalar əhalisinin döyüşkən qüvvəsi ilə bərabər ziyalı potensialı da gündən-günə artır. Mütəmadi olaraq tələbə adını alan gənclərimiz yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülürlər. Respublikanın müəyyən dairələrində və onun hüdudlarından kənarda Kosalar adlı bir elin adını ucaldıb, hüquqlarını qoruyan hər bir vətəndaşı ilə kənd əhalisi fəxr edir.Əziz oxucum, bu kiçik tarixi məqalədə yaddaş üçün bəzi qaranlıq səhifələri işıqlandırmaq istədim. Nə qədər nail oldumsa bilmirəm, yalnız bir həqiqət var ki,qüdrətli sərkərdəmiz Şah İsmayıl Xətainin 1524-ci ildə öz qanı bahasına yaratdığı Təbrizdən Bakıya, Bakıdan Dərbəndə, Dərbənddən İrəvana, İrəvandan Naxçıvana qədər 410 min kv. km əraziyə malik Böyük Azərbaycan dövlətinin torpaqlarının çoxu zaman-zaman “ürəyi açıq" rəhbərlərin günahı ucbatından yadelli işğalçılar tərəfindən işğal olunub.Bütöv Azarbaycan torpaqlarının hissə-hissə paylanmasında canfəşanlığı olan, sisiyanovlar, mikoyanlar və şaumyanların davamçıları bu gün də öz çirkin niyyətlərini həyata keçirmək arzusundadırlar. Yəqin ki, mənəviyyatsız ermənilərin arzuları ürəklərində qalacaq, yaxın vaxtlarda işğal altında olan Qarabağ və ətraf rayonlarla bərabər Ş.İ.Xatai ordusunun vaxtı ilə qoruduğu sərhədləri Azərbaycan əsgərləri qoruyacaq. Biz bütöv Azarbaycan uğrunda Prezdentimiz cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək işimizlə, amalımızla əlimizdən gələni əsirgəməməli və Ali Baş Komandanın əmrinə hazır olmalıyıq.
                                                              Aqil HƏKİM,
    «Tərəqqi» medal mükafatçisi, şair-publisist, 
                                                              Kosalar kənd HA-nın baş həkimi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib52 dəfə
    QARABAĞ ÖZ XİLASKARINI GÖZLƏYİR İxtisarla

    Maraqlı gələ bilər
    58
    45
    51